Apple şirkəti iOS-in adını dəyişmək istəyir

Apple şirkəti iOS-in adını dəyişmək istəyir

İnternetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti iOS əməliyyat sisteminin adını dəyişməyi planlaşdırır. Bu barədə Gagadget saytı xəbər verib. iOS-in adının dəyişdirilməsi planları barəsində məlumatı məşhur insayder Jon Prosser yayıb. Bu məlumatı həmçinin XDA-Developers saytının redaktorlarından biri olan Max Weinbach da təsdiqləyib. Onun sözlərinə əsasən o, anonim şəxsdən məktub əldə edib və həmin məktubda əməliyyat sisteminin yeni adı əks olunub.

Beləliklə insayderlər qeyd ediblər ki, Apple şirkəti əməliyyat sisteminin adını dəyişərək iPhoneOS edəcək. Bu cür qərar çox məntiqli səslənir. Belə ki, şirkətin əməliyyat sistemləri artıq aid olduqları məhsulların adlarını daşıyırlar: iPhoneOS, iPadOS, macOS, tvOS və watchOS. Çox güman ki, iPhoneOS 22 iyun tarixində baş tutacaq WWDC 2020 tədbirində anons olunacaq.