Apple Mac seriyalı kompyuterlərində Intel prosessorlarının istifadəsindən imtina etmək qərarına gəlib.
Bu barədə Apple-ın CEO-su Tim Kuk açıqlama verib. Bununla Apple ilə İntel arasında 15 ildir davam edən ortaqlıq sona çatacaq. Bildirilib ki, bundan sonra Apple kompyuterlərində öz istehsalı olan prosessorlardan istifadə edəcək.
“Köklü dəyişikliklər etdikdə, bunu sadə, lakin vacib bir səbəbə görə edirik: daha yaxşı məhsul istehsal etmək üçün”,-deyə Tim Kuk qeyd edib.
Apple-ın öz prosessorları ilə təchiz edilmiş ilk Mac kompüterlərinin bu ilin sonuna qədər satışa çıxarılacağı gözlənilir. Apple yeni prosessorların daha az enerji istehlakı ilə kompüterlərin işini yaxşılaşdıracağına inanır. Şirkət iki il ərzində keçidi başa çatdırmağı planlaşdırır