Apple şirkəti 43 milyard dəyərini itirdi

Apple şirkəti 43 milyard dəyərini itirdi

ABŞ-ın “Apple” korporasiyasının bazar dəyəri azalaraq son 17 ayın ən neqativ göstəricisinə düşüb.

Sentyabrın 22-də şirkət səhmlərinin dəyəri 1,6% azalıb, sentyabrın 18-dən bəri isə ümumilikdə səhmlər 5,2% ucuzlaşıb. Nəticədə korporasiyanın bazar dəyərində 43 milyard dollar dəyərində ucuzlaşma baş verib.

Səbəb sentyabrın 22-də satışına başlanan yeni “Apple Watch” ağıllı saatlarında qüsur aşkarlanmasıdır. Belə ki, saatlarda şəbəkəyə qoşulma problemi var. Bundan başqa, analitiklər “iPhone 8”lə bağlı neqativ proqnoz veriblər. Onların fikrincə, bu model “iPhone 7”dən çox az fərqlənir. Ekspertlər hesab edir ki, “Apple” pərəstişkarlarının əsas diqqətinin “iPhone X”a yönəlməsi də “iPhone 8”in satışına neqativ təsir göstərəcək. “iPhone X” noyabrın əvvəlində satışa çıxarılacaq.

Qeyd edək ki, “iPhone X”, “iPhone 8” və 3-cü nəsil “Apple Watch” sentyabrın 12-də rəsmən təqdim olunub.