Apple qatlana bilən iPhone yaratmaq imkanlarını araşdırır

Apple şirkəti qatlanan ekrana malik smartfon yaratmaq imkanlarını araşdırır.

Trend xəbər verir ki, bunu Apple planlarıyla bağlı məlumatlı olan məşhur Dylandkt insayderi öz “Twitter” səhifəsində bildirib.

Mütəxəssis Apple mühəndislərinin qatlana bilən iPhone üzərində işləməsindən xəbərdar olduğunu bildirib.


“Şirkət qatlana bilən displeyli bir neçə prototipi sınaqdan keçirir”, – deyə o bildirib.