Xəbər - Orxan Nəbiyev – Trend:
“Apple” şirkəti koronavirusun “omikron” ştammının yayılması ilə əlaqədar Nyu-York şəhərindəki mağazaların işini müvəqqəti dayandırır.
Trend-in məlumatına görə, qərar şəhər ərazisində 16 mağazaya şamil olunacaq.
Qeyd olunur ki, müştərilər internet vasitəsi ilə sifarişləri yerləşdirə və məhsulu mağazadan götürə biləcək. Onların mağazada alış-veriş etməsi qadağan olunacaq.
Şirkət bununla yanaşı, Los-Ancelesdə də bəzi mağazaları bağlayıb.