Apple “IOS 11” yeni əməliyyat sistemini təqdim etdi

Apple “IOS 11” yeni əməliyyat sistemini təqdim etdi

“Apple” korporasiyası öz cihazları üçün yeni əməliyyat sistemi – “iOS 11”i rəsmən təqdim edib.

“iOS 11” hələ iyun ayında San Xosedə keçirilən “WWDC 2017” konfransında anons edilmişdi. O zaman bildirilmişdi ki, əsas yeniliklər “Siri” səs köməkçisinin səsinin dəyişdirilməsi və daha təbii olması, eləcə də “AppStore”un dizaynının yenilənməsi olacaq.

Yeni əməliyyat sistemi əvvəlki ilə müqayisədə dizayn dəyişikliyinə məruz qalıb. Belə ki, istifadəçilər üçün ekranın aşağı küncündə yeni idarəetmə paneli yaradılıb. Artıq istifadəçi panelə çıxarılan funksiyaları özü seçə və redaktə edə bilər.

”AppStore”da ciddi dəyişiklik edilib. İndi orada təkcə əlavələr kataloqu deyil, əlavələrlə iş üzrə yazılar və məsləhətlər də yer alıb.

“iOS 11”də “Live Photo”nu redaktə etmək də mümkün olacaq.

Xatırladaq ki, “Apple” sentyabrın 12-də 4 yeni cihaz – “iPhone X”, “iPhone 8”, “iPhone 8 plus” smartfonlarını və “Apple Watch”un 3-cü modifikasiyasını təqdim edib.

IOS 11