Apple “Emmy” mükafatına layiq görüldü

Apple “Emmy” mükafatına layiq görüldü

Apple” “Emmy” texnologiya mükafatı alan şirkətlərin sırasında yer alıb.

ABŞ Milli Elm və Televiziya Akademiyası bu günlərdə elm və texnologiya sahəsində mükafat qazanmış namizədlərin və qaliblərin final siyahısını açıqlayıb.

“Apple” şirkəti “Apple TV”dəki kontekst axtarışı və səsli naviqasiyaya görə mükafat qazanıb. Buna görə “Siri”yə təşəkkür etmək lazımdır. Belə ki, “Siri” istifadəçilərə tez bir zamanda filmlər, aktyorlar və s. haqqında məlumatlar əldə etməyə imkan verir. Bu nominasiyada qaliblər arasında “Comcast”, “Microsoft” və “Nuance”ın da adlarını qeyd etmək lazımdır.

Qeyd etmək lazımdır ki, bu, “Apple”ın ilk “Emmy” mükafatı deyil. Əvvəllər şirkət Milad bayramı reklam çarxına görə mükafat qazanıb.