Aparıcı gənclər təşkilatlarının Ağdam səfəri başlayıb (FOTO)

Ağdam. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərdədir.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, səfərdə Gənclər Fondu, NAYORA, İrəli İB, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Davam Gənclər Hərəkatı, Gənclərin Maarifləndirilməsinə Dəstək İB, Gənc Sima İB, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM), Böyük Qayıdış İB olmaqla bir sıra təşkilatların nümayəndələri iştirak edir.

Səfər iştirakçıları ilk olaraq Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionda olublar.

Nümayəndə heyətini Azərbaycan repubilkasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseyinov qarşılayıb.

Teqlər: