Avropa Parlamenti Rusiya Mərkəzi Bankının immobilizasiya edilmiş aktivlərindən istifadə edərək, Ukraynaya 35 milyard avroya qədər kreditin verilməsinə dair əsaslı təşəbbüsü böyük səs çoxluğu ilə dəstəkləyib.
AzerTimes xəbər verir ki, planın lehinə 518, əleyhinə 56 səs verilib, 61 parlamentari isə bitərəf qalıb.
Avropa Parlamentinin sədri Roberta Metsola bu nəticəni tarixi an adlandırıb.