Avropa Parlamenti yanvarın 19-da İranda etirazların yatırılmasını pisləyən və İran İnqilab Keşikçiləri Korpusunun terrorçu qruplaşmalar siyahısına salınmasını nəzərdə tutan qətnaməni 313 səslə təsdiqləyib.
AzerTimes xəbər verir ki, Avropa Parlamentinin nümayəndələri həmçinin Avropa ölkələrindən İranın lideri, prezidenti, baş prokuroru və onların ailə üzvlərini də sanksiyalar siyahısına daxil etməyi tələb ediblər.
“Avropa Birliyinin İrandakı nümayişlərə və edamlara cavabı” adlı qətnamədə Avropa Parlamenti Avropa Şurasından SEPAH və onun köməkçi qüvvələri, o cümlədən “Bəsic” və Qüds qüvvələrini terrorçular siyahısına daxil etməyi istəyir.