AB Rusiya qazının idxalının bərpası ilə bağlı danışıqlara başlaya bilər.
AzerTimes xəbər verir ki, bunu Fransa parlamentinin deputatı Tyeri Mariani deyib.
“Müvafiq danışıqlar bir neçə ay ərzində başlaya bilər. Rusiya qazı yenidən “Şimal axını” qaz kəməri ilə Avropaya tədarük olunmağa başlaya bilər”,- deputat bildirib.
Mariani qeyd edib ki, AB ölkələrinin liderləri ABŞ və Ukraynanın narazılığından qorxurlar:
“AB uzunmüddətli perspektivdə Moskva ilə münasibətləri yeniləməlidir”.