AP-nin Rusiyadakı əməkdaşı saxlanıldı

AP-nin Rusiyadakı əməkdaşı saxlanıldı

“Assoşeyted Press” (AP) agentliyinin əməkdaşı Sergey Karelin Rusiyanın Murmansk şəhərində saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

“Assoşeyted Press” rusiyalı jurnalist Sergey Karelinin saxlanılmasından narahatdır. Məlumatı dəqiqləşdiririk”, – məlumatda qeyd olunub.

Bildirilib ki, 41 yaşlı Karelin həm Rusiya, həm də İsrail vətəndaşıdır və AP, “Döyçe Velle” kimi mətbuat orqanları ilə əməkdaşlıq edib.

Agentliyin məlumatına görə, əməkdaşı aprelin 26-da saxlanılıb və ekstremizmdə günahlandırılır.

Teqlər: