Avropa Parlamentinin Xarici əlaqələr Komitəsinin nümayəndə heyəti gələn həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə komitənin sədri Devid Makallister bildirib.
Onun sözlərinə görə, Gürcüstana səfər çərçivəsində Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə illik hesabat və Aİ-yə üzvlüyə namizəd statusu məsələləri müzakirə olunacaq.