AP Krım xəritəsinə görə üzr istədi

AP Krım xəritəsinə görə üzr istədi

Avropa Parlamenti özünün X şəbəkə səhifəsində AB-nin beynəlxalq ticarətinə həsr olunmuş xəritə yerləşdirib, burada Krım Rusiyanın bir hissəsi kimi qeyd olunub.

AzerTimes xəbər verir ki, paylaşım ukraynalı abunəçilərin kəskin etirazına səbəb olub.

Bunun ardınca yazı və xəritə silinib və Avropa Parlamenti səhvə görə üzr istəyib.

Qısa müddətdən sonra isə infoqrafika yenilənib.

Teqlər: