AP-də qətnamə qəbul olundu: Gürcüstan, Ermənistan…

AP-də qətnamə qəbul olundu: Gürcüstan, Ermənistan…

Avropa Parlamentində Avropa Birliyinin genişlənmə siyasəti ilə bağlı qətnamə qəbul olunub.

AzerTimes xəbər verir ki, qəbul edilən qətnamədə AB Şurasına cari ilin dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırış edilib.

Eyni zamanda, Bosniya və Herseqovina ilə də eyni danışıqların başlanılmasının lazım olduğu vurğulanıb. Gürcüstanla isə müəyyən tədbirlərin görülməsi şərti ilə rəsmi namizəd statusunun verilməsinə çağırış olunub.

AP deputatları Ermənistanın AB-yə yaxınlaşmağa yönəlik addımlarını alqışlayıblar.

Teqlər: