AP-da “Laçın” müzakirəsi: ermənilərin ümidi puç oldu

AP-da “Laçın” müzakirəsi: ermənilərin ümidi puç oldu

Avropa Parlamentində “Ermənistan-Azərbaycan münasibətləri: Qarabağda vəziyyət və Laçın dəhlizi” mövzusunda dinləmələr keçirilib: məqsəd Qarabağdakı erməni əhalisinin “müdafiəsi” və Laçın yolundan sərbəst keçidin təmin edilməsi adı ilə postun götürülməsinə nail olmaqdır; Ermənistan və onunla eyni mövqedə çıxış edənlər Bakıya beynəlxalq təzyiqlə vəziyyəti dəyişə biləcəklərinə ümid edirlər, lakin nəticə sıfırdır.

Avropa Birliyinin xarici əlaqələr üzrə baş komissarı Jozef Borrell də etiraf edir ki, Laçın yolu ilə bağlı Bakıya BMT səviyyəsində təzyiq göstərməyə cəhd edilib, lakin heç bir nəticə verməyib.

Prezident İlham Əliyev zaman-zaman təzyiqlərlə üzləşdiyimizi qeyd edir, Borrellin sözləri də bunun təsdiqidir. Həm də onu təsdiq edir ki, Laçın postu da daxil olmaqla, ümumiyyətlə, Qarabağ məsələsində rəsmi Bakının mövqeyini dəyişdirmək mümkün deyil, yeganə yol bu mövqeyin bütövlükdə qəbul edilməsi və praktiki mərhələdə dəstəklənməsidir. Üçüncü tərəflərin mövqeyi nəticə etibarilə heç nəyi dəyişdirmir.

Erməni əhalisi Laçın sərhəd-keçid məntəqəsindən artıq pasport yoxlanılması ilə istifadə edirlər. Pasport yoxlanılması həm də Ermənistan vətəndaşlarının da Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısını almağa kömək edir. Erməni mediası yazır ki, Qarabağda yaşamış Ermənistan vətəndaşlarının İrəvana gedişinə şərait yaradılıb, lakin onlar geri qayıtmaq istəyərkən, bu gün sərhəddən buraxılmayıb.

Bu, prosesin ilkin mərhələsidir, sonrakı mərhələdə Qarabağda qondarma “pasportu” olanların hərəkəti üçün Azərbaycan pasportu almaları tələbi də qoyulacaq.

Teqlər: