AP Azərbaycandakı seçkiləri müşahidə etməyəcək

AP Azərbaycandakı seçkiləri müşahidə etməyəcək

Avropa Parlamenti (AP) Azərbaycanda 7 fevralda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” AP-nin deputatlarından birinə istinadla məlumat yayıb.

“Avropa Parlamenti seçki prosesini müşahidə etməyəcək və buna görə də prosesin özü və ya onun nəticələrini şərh etməyəcək”, – məlumatda bildirilib.

Qeyd olunub ki, deputatların heç birinə Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək və ya onlara münasibət bildirmək səlahiyyəti verilməyib.

Teqlər: