Biz Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün çalışırıq.
AzerTimes xəbər verir ki, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, hazırda beynəlxalq təşkilatların öhdəliklərini yerinə yetirməməsinin şahidi oluruq:
“Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Avropa Parlamentinin Azərbaycana qarşı islamafobiya platformasına çevrildiyini görürük”, – Hikmət Hacıyev vurğulayıb.