Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin diplomatik yolla həlli əhval-ruhiyyəsində deyil.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Bu gün amerikalılar Ukrayna ərazisində yaranmış vəziyyəti diplomatiya yolu ilə həll etmək niyyətində deyillər. Onlar birmənalı şəkildə deyirlər ki, dayana bilmərik, irəli getməliyik, Ukrayna ordusunu müxtəlif silahlarla təmin etməyə davam etməliyik”, – deyə diplomat bildirib.