Azərbaycan Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü ilə bağlı 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən görüntülər paylaşıb.
AzerTimes xəbər verir ki, “Ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun! Yaşasın Azərbaycan!” şüarları ilə paylaşılan videoçarxda real döyüş kadrları, eləcə də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərdə Dövlət Bayrağını ucaltması əks olunub.