Antiterror tədbirləri bunu hər kəsə göstərdi – Bayramov

Antiterror tədbirləri bunu hər kəsə göstərdi – Bayramov

Azərbaycan bundan sonra da normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcək və gələcəyə baxışını sülh üzərində qurub.

AzerTimes xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunan anım tədbirində deyib.

O, müharibənin və münaqişənin bitməsinə baxmayaraq ölkəmizin 3 il bundan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdiyini bildirib.

Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.

Teqlər: