Antiterror əməliyyatından sonra bağlanan TV açılır

Antiterror əməliyyatından sonra bağlanan TV açılır

Qarabağın erməni separatçıları İrəvandakı fəaliyyətlərini aktivləşdiriblər.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, separatçılar bu dəfə 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra fəaliyyəti dayanan Artsax TV-nin fəaliyyətini bərpa edirlər.

Keçmiş qondarma respublikada ombudsman olan Geqam Stepanyan da artıq yayılan məlumatı təsdiqləyib. O, TV-nin faəliyyətini kiçik komanda ilə davam etdirəcəyini bildirib. Televiziyanın fəaliyyətini davam etdirməsində əsas məqsədin Qarabağ ermənilərinin identikliyini saxlaması, Qarabağ ermənilərinin dialektinin qorunması olduğu vurğulanıb.

Qeyd edək ki, Qarabağın erməni separatçıları Baqrat Qalstanyanın etirazları fonunda aktivləşiblər. LAkin Paşinyan administrasiyası buna cavab olaraq dərhal hərəkət keçib. İndiyə separatçılardan olan 3 mer saxlanıb, eləcə də separatçı rejimin son lideri Samvel Şahramanyanın avtomobilləri müsadirə edilib və haqqında cinayət işinin başladılacağı xəbərləri yayılır.

Teqlər: