Xəbər - Çingiz Səfərli – Trend:
Bərdədə anti-gigiyenik şəraitdə çörək istehsal edən müəssisə aşkarlanıb.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, agentliyin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Yevlax rayonu, Füzuli küçəsində yerləşən fiziki şəxs Hüseynov Seymur İsmayıl oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Belə ki, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, istifadə olunan avadanlıqların, rəflərin təmizliyinə nəzarətin olmadığı və çirk qatı ilə örtüldüyü məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Twitter: @cingizsafarli