Kefir ən faydalı içkilərdən hesab edilir. Bunun səbəbi kefirin orqanizm üçün yararlı olan prebiotiklərlə zəngin olmasıdır.
AzerTimes Medicina.az-a istinadən kefirin faydalarını təqdim edir:
– Yüksək qida dəyərinə malikdir.
– B12 vitamini və digər B qrupunun vitaminləri ilə zəngindir.
– Koqnitiv funksiyaları gücləndirir.
– Ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
– Qan təzyiqini tarazlaşdırır.
– Əzələ, sümük və diş sağlamlığını qoruyur.
– Toxluq təmin edərək arıqladır.
– Yaxşı biotin mənbəyi kimi dərini gözəlləşdirir və dermatoloji xəstəliklərin müalicəsinə kömək edir.
– Qaraciyər və böyrək xəstəliklərindən qoruyur.
– Probiotik mənbəyi olduğu üçün həzm sistemini və bağırsaq florasını tənzimləyir.
– İmmuniteti dəstəkləyir.
– Kefir həm də tərkibindəki “triptofan” sayəsində sinir sisteminin yaxşı işləməsinə kömək edir. Rahatlaşdırıcı və sakitləşdirici təsir göstərir. Ona görə də bəzi həkimlər kefirin ən az antidepressantlar qədər təsirli olduğunu deyirlər.
– Zəifliyə, yuxusuzluğa və yorğunluğa da xeyirlidir.
– Tərkibindəki kalsium və maqneziumla menopozdan əvvəl və sonra sümük itkisinin qarşısını alır.
– İltihab əleyhinə təsirə malikdir.