Antibiotiklərdən lazımsız istifadə azaldılmalıdır – Yaqut Qarayeva

Bakteriyalar yeni yaradılmış antibiotiklərə qarşı 3-4 il ərzində davamlılıq qazanırlar. Ona görə də bir neçə il əvvəl istifadə edilən çox güclü antibiotiklər bu gün xəstəxanaların reanimasiya şöbələrində istifadə edilmir. Yəni başa düşmək lazımdır ki, hər dəfə daha güclü antibiotiklər istehsal və istifadə etmək belə preparatlara qarşı dayanıqlılığın yaranması problemini həll etmir. Belə dəyirmi masaların təşkili, müzakirələrin aparılması problemin həlli istiqamətində vacibdir.

AzerTimes-ın məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş dəyirmi masada deyib.


O bildirib ki, antibiotiklərdən istifadənin yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə artması təbiidir: “Çünki xəstələr antibiotiklərin onları müalicə edəcəyinə inanır. Lakin qeyd etmək lazımdır ki, koronavirus xəstələrinin çox az bir qismində antibiotik müalicəsinə ehtiyac yaranır. Hesab edirəm ki, antibiotiklərdən lazımsız istifadənin azaldılması üçün maarifləndirmə işlərinin davamlı aparılması vacibdir”, – Y.Qarayeva deyib.

Teqlər: