Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır

Nazirlər Kabinetinin 04 aprel 2022-ci il tarixli 145 nömrəli
Qərarı anti-inflyasiya tədbirləri çərçivəsində atılan
növbəti addımdır.

Trend xəbər verir ki, bu barədə hökumətin sözügedən qərarla
bağlı izahında deyilir.

Bu Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq
məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro,
kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə
və məhsullarına dair mexanizmlər yaradılması nəzərdə tutulur.

Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:
1. Güzəştli kredit mexanizmi üzrə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum
istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və
emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara
əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə
2. Kredit faizlərinin subsidiyalaşdırılması üzrə

Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum
istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya
dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər
üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin
tətbiqi.

Mexanizm üzrə şərtlər:
– Subsidiyanın müddəti: 1 ilədək;
– Kreditin müddəti: müddətdən asılı olmayaraq;
– Kreditin məbləği: 3 milyon manatadək;
– Kreditin faiz dərəcəsi: faiz dərəcəsindən asılı olmayaraq;
– Faizin subsidiyası: kredit faizinin 10% bəndinə qədər.

Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit
portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi
həyata keçiriləcəkdi.

Teqlər: