Xəbər - Elçin Mehdiyev – Trend:
Anti-böhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
E.Rüstəmov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırlanmış anti-böhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub.
“Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib” – deyə o qeyd edib.