Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub

Xəbər - Orxan Nəbiyev – Trend:

Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyi bildirib.

Qeyd olunub ki, A76 aysberqinin sahəsi təxminən 4 320 kvadrat kilometr təşkil edir. Buz dağının uzunluğu 170 kilometr, eni 25 kilometrə bərabərdir.


Aysberq hazırda Ueddell dənizində hərəkət edir.

İndiyədək qeydə alınmış ən böyük aysberqin sahəsi 3 880 kvadrat kilometr idi.