Antarktidada buzlaqların əriməsi sürətlənə bilər

Antarktidada buzlaqların əriməsi sürətlənə bilər

Kaliforniya Texnologiya İnstitutu və Reaktiv Sürmə Laboratoriyasının tədqiqatçıları Antarktidada buz şelfinin nə qədər əriməsi ilə bağlı araşdırma aparıblar.

AzerTimes xəbər verir ki, bu barədə “The Olympian” qəzeti məlumat yayıb.

Məlumata görə, alimlər sıx və isti okean suyunun Antarktidanın buz sahillərində ərimə sürətini göstərən model hazırlayıblar.

Bu modeldən istifadə etməklə müəyyən olunub ki, buz şelfindən ərimiş şirin su buzlaqların dibindəki isti okean axınına çata bilər və bununla da ərimə prosesini sürətləndirə bilər.

Teqlər: