Yay mövsümü ilə əlaqədar olaraq Türkiyənin Antalya bölgəsinə uçuş biletinin qiyməti iyun ayının əksər günlərində bir istiqamət üzrə 975, bayram günlərində isə 1772 manata yüksəlib.
AzerTimes xəbər verir ki, tələbatın artması səbəbi ilə iyun ayına mövcud biletlərin böyük əksəriyyəti “biznes sinfi”nə aiddir.
Məsələ ilə bağlı danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, dünyanın hər bir yerində tələbat artdıqca qiymət artımı olur:
“Əlbəttə, bizim digər beynəlxalq hava limanlarımız da var. Böyük tələbat zamanı turizm şirkətləri bazara daxil ola, yaxud müraciətlər əsasında AZAL həmin tarix üçün əlavə reys aça bilər ki, bu halda daha uyğun qiymətə xarici səfərlərə artan tələb ödənmiş olar”.