Antalyaya 16 milyondan çox turist gələcək

Antalyaya 16 milyondan çox turist gələcək

Cari ilin sonunadək Antalyaya turist axını 16,5 milyon nəfəri ötəcək.

AzerTimes xəbər verir ki, bu proqnozla Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) Aralıq dənizi regionu üzrə nümayəndələr şurasının rəhbəri Rıza Perçin çıxış edib.

TÜRSAB təmsilçisi Türkiyənin “turizm paytaxtı”nda istirahətin qabaqcadan bronlaşdırılmasına yüksək tələbatın olduğuna diqqət çəkib.

“Avropa dövlətlərinin, o cümlədən Polşa və Böyük Britaniyanın sakinləri arasında Antalyaya marağın artması sevindiricidir. İnanırıq ki, 2024-cü il ölkəmizin turizm sektorunda rekord ilə çevriləcək”, – Perçin vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Antalyanı 15 milyon 689 min 258 əcnəbi turist ziyarət edib. Bu da Türkiyənin tarixi ərzində ölkənin cənubuna turist axınının ən yüksək göstəricisidir.

Teqlər: