Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıdıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

AZAL-ın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.


Teqlər: