Türkiyənin Antalya şəhərinin Kaş rayonunda 4,1 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 11:02-də (Bakı vaxtı ilə 12:02-də) baş verən yeraltı təkanın ocağı 31,89 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.