Antalyada yanğın nəticəsində ölənlərin sayı beşə çatıb

Antalyanın Manavqat rayonunda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı beşə çatıb. Xəstəxanalarda müalicə alan 410 nəfərdən 400-ü artıq evə buraxılıb.

Trend xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib


Nazir qeyd edib ki, Marmaris və Bodrumda baş verən meşə yanğınları nəticəsində 160 nəfər xəsarət alıb. Onlardan 159-nun müalicəsi artıq başa çatıb.