Antalyada içki qadağa olundu

Antalyada içki qadağa olundu

Türkiyənin turizim şəhərlərindən biri olan Antalyada səs-küyə səbəb olan qərar qəbul edilib.

Antalya Baş Polis idarəsinin verdiyi qərara görə, cəmiyyəti narahat edəcək ərazilərdə, həmçinin qapalı restoranlarda spirtli içki qəbulu qadağan edilib.

Bir çox insanın narazılığına səbəb olan bu qərara, polis idarəsi: “Yalnız spirtli içki fəalliyəti göstərən məkanlar, barlar, publar, gecə klublarının bu qərara aidiyyatı yoxdur” – deyərək açıqlama verib.

Verilən son məlumata görə, hətta avtomobilin içində belə spirtli içki qəbul etmək qadağan edilib.