Türkiyənin Antalya şəhərinin Alanya rayonunda motosikletdə olan iki azərbaycanlı ukraynalı Dmitri C.-nin silah təhdidi ilə içərisində 35 min avro olan çantasını oğurlayıblar.
AzerTimes “Hürriyyət”ə istinadən xəbər verir ki, ukraynalı avtomobili ilə motosikletlə qaçan soyğunçuları təqib edib və onları maşınla vuraraq öldürüb.
Qətlə yetirilən azərbaycanlılar Murad O. və Elnur B. adlı şəxslərdir.
Hadisədən sonra Ukrayna vətəndaşı həbs edilib. Onun onlayn satışla məşğul olduğu bildirilib.
Hadisə anı kameraya da düşüb.