Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin Antalya vilayətində 10 gün davam edən meşə yanğınları nəzarət altına alınıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli deyib.
Onun sözlərinə görə, bölgədə 10 gün ərzində 21 yanğın ocağı ilə mübarizə aparılıb.
Xatırladaq ki, Antalyanın Manavqat rayonunda 7 nəfər həyatını itirib.
Hazırda Türkiyənin dörd vilayətində meşə yanğınları davam edir.