Türkiyənin Antalya şəhərində otellərin yerləşdiyi Lara rayonunda meşə yanğınları başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Muhiddin Böcek məlumat verib.
“Lara rayonundakı yanğınlarla həm havadan, həm də qurudan mübarizə aparırıq”, – bələdiyyə sədri bildirib.
Onun sözlərinə görə, hazırda Antalyada havanın temperaturu 37 dərəcə təşkil edir.