Türkiyənin Antalya şəhərində baş verən kanat qəzası ilə bağlı 14 şübhəli şəxsdən 5-i həbs edilib, 8-nə şərti cəza təyin edilib, bir nəfər isə sərbəst buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
O bildirib ki, həbs edilən şəxslər arasında Antalyanın Kəpəz ilçəsinin Bələdiyyə sədri Məsud Kocagöz də var.
Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.