Türkiyənin Antalya şəhərinin Gözəloba məhəlləsində yaşayan 3 iranlının cəsədi aşkar edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, onlar 34 yaşlı Məhəmmədrza, 26 yaşlı Möhsün və 23 yaşlı Əmirhüseyn adlı qardaşlardır.
Ölüm səbəblərinin araşdırılması üçün qardaşların meyitləri Antalyadakı Tibbi Ekspertiza Mərkəzinə aparılıb.
Yaxınlarının verdiyi məlumata görə, qardaşlar son dəfə oktyabrın 28-də İrandakı ailələri ilə əlaqə saxlayıblar.