Türkiyənin Antalya vilayətində Azərbaycan Ordusuna dəstək və son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə tədbir keçirilib.
AzerTimes xəbər verir ki, tədbir Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyi tərəfindən təşkil olunub.
Tədbirə siyasi partiyaların Antalyadakı təşkilatlarının sədrləri, təmsilçiləri, bölgənin icra hakimiyyətinin əməkdaşları, yerli və xarici QHT-lərin təmsilçiləri və digərləri qatılıblar.