Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 18-də Antalyada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Görüşdə türk dünyasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.