Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda
keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran
Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi
Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında
yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma
Memorandumu imzalanıb.
Anlaşma Memorandumu Azərbaycan Respublikası Hökuməti ilə İran
İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının
ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni
kommunikasiya bağlantılarının yaradılması haqqındadır.
AzerTimes-ın məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Antalya Diplomatiya Forumu və İranla
Azərbaycan Arasında anlaşma memorandumu” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– siyasi şərhçilər Fərid Şəfiyev, Hikmət Məmmədov, Vüqar Bayramov
və Emin Əliyev mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: