Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı
çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə
xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran
məsələlər, habelə Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli
platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar
və bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu,
mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin
vacibliyi qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə
rəhbəri tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin
təqdirəlayiq olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: