Kanadanın Bernabi şəhərində anomal istilər nəticəsində təxminən 30 nəfər ölüb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Meteoroloji xidmət Britaniya Kolumbiyası əyalətində rekord isti temperatur qeyd etməyə başladıqdan bəri polisə 30-dam artıq qəfil ölüm xəbərləri haqqında məlumatlar daxil olub.
Hesab edilir ki, ölümlərin çoxunun səbəbi anomal isti olub. Ölənlərin çoxu yaşlı insanlar olub.