Pakistanda rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbokun COVID-19 testi pozitiv çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger açıqlama yayıb.
O, Berbokun bütün digər görüşlərinin ləğv edildiyini bildirib.
Qeyd edək ki, Berbok Pakistandan sonra Yunanıstan və Türkiyəyə səfər edəcəkdi.