Ankaranın hərəkətə keçməsini gözləyirik – Rubinyan

Ankaranın hərəkətə keçməsini gözləyirik – Rubinyan

Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa tam hazırdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa hazırdır:

“Bu barədə qərar artıq qəbul olunub. Hazırda Türkiyənin bu istiqamətdə hərəkətə keçməsini gözləyirik”.

“Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa da tam hazırdır. Bu, bütün regionun xeyrinə olacaq. Bizim üçün münasibətlərin normallaşması üçün hansısa əngəl yoxdur”, – R.Rubinyan qeyd edib.

Teqlər: