Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.
Trend xəbər verir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.
Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.