İsrailin İrana hücumlarını şiddətli şəkildə qınayırıq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.
Bildirilib ki, İsrail regionu genişmiqyaslı müharibənin astanasına gətirib:
“İsrailin bölgədə yaratdığı gərginliyə son qoymaq beynəlxalq təhlükəsizliyin və sülhün bərqərar olması baxımından tarixi vəzifəyə çevrilib. Rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranmasının əleyhinədir. Həm region dövlətləri, həm də xarici aktorlar Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səylərini artırmalıdır”.
Xatırladaq ki, bu gecə İsrail İrana hava zərbələri həyata keçirib.