Ankarada tikinti sahəsi çökdü: fəhlələr öldü

Ankarada tikinti sahəsi çökdü: fəhlələr öldü

Türkiyənin paytaxtı Ankarada tikinti sahəsinin çökməsi nəticəsində 2 fəhlə ölüb.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-da paytaxtın Polatlı rayonu Şentəpə məhəlləsində çoxmənzilli binanın kanalizasiya xəttinə qoşulma işləri aparılarkən çökmə baş verib.

Məlumata görə, tikintiyə rəhbərlik edən şəxs saxlanılıb.

Faktla bağlı məhkəmə və inzibati araşdırma aparılır.

Teqlər: